Çində dəhşətli yanğın — 28 ölü+Video

Çində Fucien əyalətinin Cinjiang şəhərində ayaqqabı fabrikində ayaqqabı istehsalı müəssisəsində yanğın baş verib. “Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir  ki, hadisə zamanı 28 nəfər həlak olub. Məlumata görə, yanğın fabrikin istehsal sahəsində başlayıb. Dəhşətli yanğın zamanı yaxınlıqdakı binalarda da sakinlər köməksiz vəziyyətdə qalıblar. 20-yə yaxın şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasetmə briqadaları cəlb olunub. Yanğının başvermə səbəbi araşdırılır.