Tramp Qalibafı ələ saldı: "Bel ilə nə isə iş görür"
ABŞ Prezidenti Donald Tramp çıxışlarından birində İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın fəaliyyətini məsxərəyə qoyub. Milli.Az axar.az-a istinadən bildirir ki, Amerika lideri İran rəhbərliyinin mövqeyinə istehza ilə yanaşıb. "Deyirlər orada bir Məhəmməd - filankəs (Məhəmməd Bağır Qalibaf) var, bel ilə nə isə işlər görür. Bellər sizə kömək etməyəcək. Dünyanın ən böyük maşın-mexanizmləri belə çətin ki, sizi oraya (uranın basdırıldığı yerə) çatdıra bilsin", - deyə Tramp bildirib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin