“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Filipe Kandido "Sumqayıt" klubunun yeni baş məşqçisi təyin olunub. Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sumqayıt təmsilçisi portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb. Bu gün klubun təsisçisi və baş sponsoru olan "Azərikimya" İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. 46 yaşlı mütəxəssisin son klubu 2025-ci ildə çalışdırdığı Onun son klubu "Paços de Ferreira" (Portuqaliya) olub. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin