Tahir Gözəl Elvinlə bağlı açıqlama verdi (Video)
"Qarabağ" tarixindəki ən güclü büdcəni vermişik. Klub bu il tarixinin ən güclü dövründədir". Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib: O, bildirib ki, 1-2 transfer daha gözlənilir. Bu, klubun çalışdırıcısı Qurban Qurbanovun istəyinə bağlıdır: "Bəzən həyat lazım olan şeyləri etməyə adamı vadar buraxır. Bizə bəlkə də bu lazım idi ki, radikal hərəkət edək. Ötən mövsüm qalib olsaydıq, bəlkə bizdə bu cəsarət olmayacaqdı. "Qarabağ" o vəziyyətdən məncə daha güclü çıxdı". Tahir Gözəl Elvin Cəfərquliyevin bügünkü matçda aylar sonra meydana çıxmasını da belə şərh edib: "Onda böyük talant görürəm və istəyirəm ki, "Qarabağ"da qalsın. Baxaq. Həmişə qərar verən hoca (red.- Qurban Qurbanov) olacaq". Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin