Paytaxtın bu yollarında təmir gedir — Siyahı
Paytaxt ərazisində təmir işləri davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, aparılan kompleks və təxirəsalınmaz tədbirlər nəticəsində artıq 2 yol sahəsində - Abbasqulu ağa Bakıxanov küçəsi (R. Behbudov – C. Hacıbəyli küçələri arası), Xan Şuşinski küçəsi (A.A. Bakıxanov küçəsi – Vaqif prospekti arası) təmir işləri icra olunaraq yekunlaşdırılıb. Paytaxt ərazisində daha 4 yol sahəsində isə təmir işləri davam etdirilir: Qara Qarayev prospektinin yan yolu (Naxçıvanski – B. Nuriyev – R. Rüstəmov küçələri arası) Hüseyn Cavid prospekti (Ə.B. Haqverdiyev – Landau və S. Dağlı – M. Müşfiq küçələri arası) Nazim Hikmət küçəsi (A.M. Şərifzadə küçəsindən H.B. Zərdabi – Mətbuat prospektləri arası) Sənan Abdullayev küçəsi (Baksol yolu).

Şərh verin