İsrail HƏMAS-ın snayperini zərərsizləşdirdi
İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-ın hərbi qanadından bir snayperi zərərsizləşdirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat verib. “Qəzza zolağının şimalında İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hərbi qanadından olan snayperi Abdullah Əl-Sutini məhv edib. Terrorçunun son günlərdəki hərəkətləri qoşunlar üçün təhlükə yaradırdı”. Qeyd edilib ki, onu zərərsizləşdirmək üçün hava hücumu həyata keçirilib.

Şərh verin