Turizm şirkətinin maşını ilə ayını vurub öldürdü

İsmayıllıda avtomobil ayını vuraraq öldürüb. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunda, Basqal qəsəbəsi ərazisində qeydə alınıb. Turizm şirkətinə məxsus avtomobil hərəkətdə olan zaman yola çıxan ayını vurub. Ayı ölüb, avtomobilə ciddi ziyan dəyib.