Netanyahu Trampa Ərdoğandan şikayət etdi
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirib. Milli.Az musavat.com-a istinadən bildirir ki, danışıq zamanı Netanyahu Livan, Suriya və Qəzza zolağında İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının qorunmasının vacibliyini vurğulayıb: "Netanyahu və Tramp arasında davam edən təmasların bir hissəsi olaraq, ölkələrin müxtəlif sahələrdəki hərəkətləri arasında koordinasiyanın dərinləşdiyini göstərən bir söhbət baş tutub. Baş nazir İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının qorunmasının vacibliyini vurğulayıb". Bundan əlavə, Netanyahu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İsrail dövlətinin mövcudluğuna qarşı çıxışlarındakı ciddi təhdidi Trampın diqqətinə çatdırıb. Netanyahunun ofisi əlavə edib ki, "Tramp Baş nazirə ABŞ-ın Fars körfəzindəki hərəkətləri barədə məlumat verib". Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin