Azərbaycanın xarici dövlət borcu azaldı

Bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Milli.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 7,9 % azdır. Təkcə iyunda ölkənin xarici dövlət borcu 25,6 milyon ABŞ dolları azalıb. Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)