Azərbaycan Ermənistana 434 min avro ödəyib

2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanından uçuşlar üçün "Armaeronaviqasiya" şirkətinə 434.316 avro ödəyib. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb. Bildirilib ki, ödənişlər müəyyən edilmiş prosedura uyğun olaraq "Avrokontrol"un (Aviasiya Təhlükəsizliyi üzrə Avropa Təşkilatı - red.) mərkəzi ofisi vasitəsilə həyata keçirilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)