Konor Makqreqor UFC-yə qayıdır
Məşhur irlandiyalı döyüşçü Konor Makqreqo r beş illik fasilədən sonra yenidən UFC oktaqonuna çıxmağa hazırlaşır. Milli.Az xəbər verir ki, məlumata görə, Makqreqorun amerikalı rəqibi Max Holloway olacaq. Qarşılaşma "UFC 329" turnirinin əsas döyüşü kimi təqdim edilir və iyulun 12-də Los-Ancelesdə keçiriləcək. Son illərdə bir neçə dəfə geri dönüş siqnalı verən Makqreqorun nəhayət yenidən döyüşmək qərarı azarkeşlər arasında böyük maraq doğurub. 37 yaşlı idmançının fiziki hazırlığının yüksək səviyyədə olduğu bildirilir. Xatırladaq ki, Makqreqor və Hollouey daha əvvəl də üz-üzə gəliblər. Onların ilk qarşılaşması 2013-cü ildə baş tutub və həmin görüşdə qələbə irlandiyalı döyüşçünün tərəfində olub. Mediada yayılan məlumatlara görə, Makqreqor bu döyüşdən milyonlarla dollar gəlir əldə edəcək. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin