Goranboyda yol qəzası - 3 nəfər xəsarət alıb (Foto)
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az APA -ya istinadən bildirir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Goranboy sakinləri - 2002-ci il təvəllüdlü Ş.Xəlilova, 2020-ci il təvəllüdlü E.Xəlilova və 2023-cü il təvəllüdlü A.Xəlilova xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım edildikdən sonra evə buraxılıblar. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin