Vaşinqton İrana qarşı yeni əməliyyata tam hazır vəziyyətdədir
ABŞ Yaxın Şərqdə gərginliyin artmaması üçün diplomatik səylərini davam etdirsə də, zərurət yaranacağı halda İrana yeni zərbələr endirmək ehtimalını da gündəmdə saxlayır. Milli.Az xəbər verir ki, CNN-in yaydığı məlumata əsasən, ABŞ ordusu mümkün əməliyyatlara tam hazır vəziyyətdədir. Bununla yanaşı, Vaşinqton hazırda diplomatik danışıqlara üstünlük verir, lakin vəziyyətin sürətlə dəyişdiyi və hərbi variantın istisna olunmadığı bildirilir. Bundan əvvəl isə Reuters ABŞ və İran nümayəndələri arasında texniki səviyyədə məsləhətləşmələrin davam etdiyini yazıb. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin