Goranboyda maşınlar toqquşdu — Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Belə ki, “VAZ 2106” və “VAZ 2107” markalı abtomobillərin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Şəhla Xəlilova, 2020-ci il təvəllüdlü Elfina Xəlilova və 2023-cü il təvəllüdlü Aylin Xəlilova xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, tibbi yardım edildikdən sonra evə buraxılıblar. Yunis Quliyev