45 yaşlı kişi kollektorda boğuldu
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. “Qafqazinfo”un məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Telman Adıgözəl oğlu ehtiyatsızlıqdan şor kollektoruna düşərək boğulub. Onun sudurqadan əziyyət çəkdiyi deyilir. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov

Şərh verin