DÇ-2026: İspaniya yarımfinala yüksəlib
Futbol üzrə dünya çempionatında İspaniya Belçikaya qalib gəlib. Milli.Az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv 2:1 hesablı qələbəyə seviniblər. İspanların heyətində Fabian Ruiz (30) və Mikel Merino (88) fərqləniblər. Belçikanın yeganə qolu isə Şarl de Ketelarenin (41) aktivinə yazılıb. İspaniyanın yarımfindaldakı rəqibi Fransa seçməsi olacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin