Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini ötdü
Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4118 nəfərə yüksəlib. Milli.Az xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodriges məlumat verib. Onun sözlərinə görə, son açıqlamadan sonra ölənlərin sayı daha 229 nəfər artıb. Bildirilib ki, təbii fəlakət nəticəsində yaralananların sayı isə 16 740 nəfərə çatıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin