Dünya bazarında neft ucuzlaşdı
Dünya bazarında neft qiymətlərində azalma qeydə alınıb. "ICE London" qitələrarası birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin avqust müqaviləsinin qiyməti 0,38% ucuzlaşaraq bir barel üçün 76,01 ABŞ dolları olub. "NYMEX" əmtəə birjasında isə "WTI" markalı neftin 2026-cı ilin avqust çatdırılmalı fyuçerslərinin qiyməti 0,93% azalaraq bir barel üçün 71,41 ABŞ dollarına enib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin