Polis son sutkada 83 axtarışda olan şəxsi saxladı
İyulun 10-da respublika ərazisində qeydə alınan 42 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 83 nəfər saxlanılıb. Onlardan 65-i borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib. Bildirilib ki, narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 2 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin