DÇ-2026: Bu gecə 1/4 final mərhələsinin son iki oyunu keçiriləcək
Futbol üzrə 2026-cı il dünya çempionatında bu gecə 1/4 final mərhələsinin son iki qarşılaşması baş tutacaq. Milli.Az xəbər verir ki, günün ilk matçında Norveç millisi İngiltərə yığması ilə üz-üzə gələcək. Digər görüşdə isə Argentina seçməsi İsveçrə millisi ilə yarımfinal uğrunda mübarizə aparacaq. Dünya çempionatı 1/4 final 12 iyul 01:00 - Norveç - İngiltərə 05:00 - Argentina - İsveçrə Qeyd edək ki, 1/4 finalın əvvəlki oyunlarında Fransa Mərakeşi 2:0, İspaniya isə Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin