Qazaxda yol qəzası: 3 nəfər xəsarət aldı
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az apa -ya istinadən xəbər verir ki, rayon ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralananlar 46 yaşlı R.Mustafayev, 11 yaşlı Ü.Saralov və daha bir nəfərdir. Onlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin