Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı

Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb. Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)