Uduzan profilinə rəqibin loqosunu qoyacaq — Mərc gəldilər

İngiltərə və Norveç arasında keçiriləcək Dünya Çempionatının dörddəbir finalı öncəsi rəqabət meydandan kənara çıxıb. İki ölkənin milli aviaşirkətləri sosial mediada bir-birinə meydan oxuyub. “Qafqazinfo” xəbər verir ki, Norveç tərəfi maraqlı təklif irəli sürüb. Razılaşmaya əsasən, matçda məğlub olan ölkənin aviaşirkəti bir gün ərzində instaqram profil şəklini qalib ölkənin loqosu ilə dəyişəcək. Britaniya aviaşirkəti isə bu çağırışa cavab verərək “Qazanmayacağınıza mərc etməyin” mesajını paylaşıb. Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Norveçin Baş naziri Yunas Qar Störe də bir neçə gün öncə görüşərək, milli komandalarına dəstək nümayiş etdiriblər. Liderlər komandalarının formalarını geyinərək kameralar qarşısına keçiblər.