Yamalın qardaşının bu mimikaları viral oldu — Video

DÇ 2026-nın 1/4 final mərhələsində İspaniyanın Belçika üzərində qələbəsindən sonra stadionun böyük ekranında Lamin Yamalın kiçik qardaşı Keyne göstərilib. “Qafqazinfo” xəbər verir ki, sözügedən anlar sosial şəbəkələrdə viral olub. Belə ki, Keynenin maraqlı mimikaları futbolçunu və azarkeşləri güldürüb. Həmin video “Lamin Yamal when he saw his brother” (Lamine Yamal qardaşını görəndə) başlığı ilə yayılıb. Qeyd edək ki, turnir çərçivəsində keçirilən oyunda İspaniya Belçikanı 2:1 hesabı ilə udaraq yarımfinala çıxıb və L.Yamal oyunun ən yaxşısı seçilib. Sözügedən anları təqdim edirik: