Sabah Abşeron çimərliklərində külək güclənəcək

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 12-də şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)