"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
İspaniyanın "Real" klubu və braziliyalı hücumçu Vinisius Junior müqavilə müddətinin uzadılması barədə razılığa gəliblər. Milli.Az xəbər verir ki, bu barədə "Madrid Zone" məlumat yayıb. Müqavilənin imzalanması üçün rəsmi görüşün iyulun sonunda baş tutacağı bildirilib. Vinisius həmçinin yarımmüdafiəçi Federiko Valverdedən sonra "Real"ın ikinci kapitanı olacaq. Xatırladaq ki, 25 yaşlı cinah hücumçusunun "Kral klubu" ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq./"Report" Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin