Azərbaycanlı aparıcı aylar sonra qızına qovuşdu - (Video)
Aparıcı Samirə Mustafayeva sosial şəbəkədə Çində təhsil alan qızı ilə bağlı paylaşımı ilə diqqət çəkib. Milli.Az axşam.az-a istinadən bildirir ki, o, izləyiciləri ilə qızı ilə yazışmasını bölüşüb. Yazışmada Nuran anası üçün darıxdığını və evə qayıtmaq istədiyini ifadə edib. Daha sonra isə S. Mustafayeva övladı ilə yenidən qovuşduğu anları izləyiciləri ilə paylaşıb. Aparıcı həmin görüntüləri sosial şəbəkə hesabında yayımlayaraq sevincini bölüşüb. Qeyd edək ki, Samirə ATV-nin keçmiş aparıcısı Vaqif Aydınoğlu ilə ailəli olub. Nuran onun bu nikahdan olan övladıdır. Cütlük bir neçə il əvvəl ayrılıb. Nuran Şanxayda təhsil alır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin