Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaşda “Mercedes” yanıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobilində yanğın baş verib. Yanğın yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisə zamanı avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Xəsarət alan olmayıb. Mübariz Muradov