Kanadada festival zamanı silahlı insident — Ölənlər var

Kanadanın Toronto şəhərində keçirilən küçə festivalı zamanı silahlı hücum baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qanlı hadisədən sonra əraziyə çoxlu sayda polis briqadası cəlb olunub. Atışmanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.