“Gözümə gün düşdü” — Aşan avtobusun sürücüsü danışdı+Video
Xəbər verdiyimiz kimi , Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb. “Qafqazinfo” xəbər verir ki, həmin avtobusun sürücüsü Ramil Abışov hadisə ilə bağlı danışıb. O, qəza anını belə təsvir edib: “Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözümə gün düşdü bilmədim necə oldu. Bəlkə də yorğunluqdan idi, bir də gördüm ki, idarəetməni itirmişəm. Avtobus 51 yerlik olsa da, tam dolu deyildi, içəridə təxminən 30-35 nəfər olardı. Hər gün bu yolu gedib-gəlirəm. Neçə vaxtdır bu xətt üzrə işləyirəm, indiyə qədər belə bir hadisə baş verməyib”. Yunis Quliyev

Şərh verin