Vəfanın səhnə geyimi müzakirə yaratdı - (Video)

Müğənni Vəfa Şərifova bu dəfə səhnə çıxışı zamanı seçdiyi geyimlə diqqət mərkəzinə düşüb. Milli.Az xəbər verir ki, ifaçı məkanlardan birində səhnə alarkən qeydə alınan görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Şərifovanın fərqli və qeyri-adi səhnə obrazı izləyicilər arasında geniş müzakirələr yaradıb. Sənətçinin geyim tərzi birmənalı qarşılanmayıb. Bəzi sosial media istifadəçiləri onun cəsarətli seçim etdiyini bildirərək obrazını bəyənsələr də, digərləri geyimi ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Paylaşım qısa zamanda çoxsaylı şərh və reaksiyalar toplayıb. Vəfanın səhnə görünüşü sosial şəbəkələrdə müzakirə olunan mövzulardan birinə çevrilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)