DÇ: Messi ilkə imza atdı
Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Milli.Az report -a istinadən xəbər verir ki, 39 yaşlı futbolçu mundiallarda məhsuldar ötürmələrinin sayını 10-a çatdıran ilk oyunçu olub. Messi bu göstəriciyə DÇ-2026-nın 1/4 finalında İsveçrə millisi ilə oyunda nail olub. Onun məhsuldar ötürməsini Aleksis Makallister qola çevirərək Argentina yığmasını 1:0 hesabı ilə önə çıxarıb. Qeyd edək ki, Messi əvvəlki mərhələdə Misir millisi ilə qarşılaşmada (3:2) dünya çempionatlarında məhsuldar ötürmələrin sayına görə həmyerlisi Dieqo Maradonanı geridə qoyaraq bu göstərici üzrə rekordçu olmuşdu. Hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi karyerası ərzində PSJ və "Barselona"nın da formasını geyinib. O, Argentina millisinin heyətində 2022-ci il dünya çempionu, 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. Futbolçu, həmçinin rekord sayda - 8 dəfə "Qızıl top" mükafatına layiq görülüb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin