Bilal Əliyev canlı yayımda cibindəki pulları göstərdi – (Video)
Xalq artisti Bilal Əliyev sosial şəbəkədə açdığı canlı yayım zamanı etdiyi addımla diqqət çəkib. Milli.Az xəbər verir ki, xanəndə izləyicilərdən birinin ona "Niyə pulun yoxdur?" sualını ünvanlamasından sonra maraqlı reaksiya verib. O, "Mənim cibimdə həmişə pulum olub" deyərək cibindən xeyli miqdarda pulu çıxarıb və canlı efirdə izləyicilərinə nümayiş etdirib. Bilal Əliyevin bu addımı qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. Görüntülər izləyicilər arasında müxtəlif fikirlərə səbəb olub. Bəziləri sənətçinin cavabını zarafatla qarşılasa da, digərləri bu davranışı geniş müzakirə ediblər. Canlı yayımda yaşanan həmin anlar sosial mediada maraq doğuran paylaşımlar sırasına daxil olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin