Eyfel də istiyə tab gətirmədi - (Foto)

Fransanın paytaxtı Parisin simvollarından biri olan Eyfel qülləsi həddindən artıq istilər səbəbindən bu həftəsonu fəaliyyət saatlarını dəyişdirib. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, bu barədə qüllənin rəsmi saytında yayımlanan məlumatda bildirilir. Qeyd edilib ki, yüksək temperatur səbəbindən abidə bu gün və sabah yerli vaxtla saat 16:00-dan etibarən ziyarətçilərin üzünə bağlanacaq. Adətən, gecə saat 00:45-dək açıq olan Eyfel qülləsini bu həftəsonu ziyarət etmək istəyənlər əraziyə ən gec saat 12:15-də daxil ola biləcəklər. Fransada müşahidə olunan güclü istilər fonunda ölkənin 24 departamentində ən yüksək - "qırmızı", 59 departamentində isə "narıncı" təhlükə səviyyəsi elan edilib. Meteoroloqlar bəzi bölgələrdə havanın temperaturunun gündüz saatlarında 39 dərəcəyədək yüksələcəyini proqnozlaşdırırlar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)