Zelenski baş naziri işdən çıxardı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin baş naziri Yuliya Sviridenkonun vəzifəsindən azad edildiyini açıqlayıb. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə öz rəsmi teleqram kanalında məlumat paylaşıb. Zelenski hökumətdə kadr islahatlarının zəruri olduğunu vurğulayıb: "Dəyişikliklər üçün Nazirlər Kabinetinin yenilənməsinə ehtiyac var. Yuliyaya Baş nazir postundakı aydın, sabit və səmərəli fəaliyyətinə görə təşəkkür edirəm". Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin