Anasının gözləri ilə məzun oldu - (Video)
Sosial şəbəkələrdə yayılan ana-qız hekayəsi minlərlə insanın ürəyinə toxunub. Milli.Az xəbər verir ki, 11-ci sinifdə keçirdiyi ağır xəstəlikdən sonra görmə qabiliyyətini tamamilə itirən 25 yaşlı gənc bütün çətinliklərə baxmayaraq universitet təhsilini uğurla başa vurmağı bacarıb. Bu uğurun arxasında isə anasının misilsiz fədakarlığı dayanıb. O, dörd il ərzində qızını bir an belə tək qoymayaraq bütün dərslərdə onun yanında iştirak edib, mühazirələri diqqətlə qeyd edib və təhsil prosesində ən böyük dəstəkçisi olub. Ana və qızın əzmkarlığını əks etdirən bu hekayə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İstifadəçilər paylaşımın altında ananın fədakarlığını yüksək qiymətləndirərək onun övlad sevgisinin əsl nümunəsini göstərdiyini bildiriblər. Qısa zamanda geniş yayılan bu hekayə bir daha göstərib ki, sevgi, əzm və ailə dəstəyi qarşısında ən böyük maneələri belə aşmaq mümkündür. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin