Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib. Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin