Humayla İlhamə Qasımova qol güləşdirdi – Qalib təəccübləndirdi - (Video)
Tanınmış tar ifaçısı Humay Qədimova ilə müğənni İlhamə Qasımova arasında baş tutan qol güləşi sosial şəbəkələrdə maraqla qarşılanıb. Milli.Az xəbər verir ki, əyləncəli atmosferdə keçirilən yarış zamanı sənətçilər güclərini sınayıblar. İlk cəhddə Humay Qədimova rəqibi İlhamə Qasımovanın biləyini bükərək qalib gəlib. Daha sonra onların istəyi ilə qol güləşi ikinci dəfə təkrarlanıb. Lakin bu dəfə də nəticə dəyişməyib və Humay Qədimova yenidən üstün tərəf olub. Səmimi və əyləncəli anlar ətrafdakıların alqışları ilə müşayiət olunub. Həmin görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılaraq izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Paylaşıma şərh yazan istifadəçilər sənətçilərin səmimi münasibətini yüksək qiymətləndirib, yarışın əyləncəli keçdiyini bildirən çoxsaylı rəylər paylaşıblar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin