"Yura dövrü parkı" filminin aktyoru vəfat etdi - (Foto)

"Yura Parkı" filmlərində canlandırdığı Dr. Alan Qrant obrazı ilə tanınan zelandiyalı aktyor Sem Neill 78 yaşında vəfat edib. Milli.Az xəbər verir ki, ailəsinin sosial şəbəkələrdə yaydığı məlumata görə, aktyor Avstraliyanın Sidney şəhərində dünyasını dəyişib. Aktyora 2022-ci ildə qan xərçənginin nadir növlərindən biri olan angioimmunoblastik T-hüceyrə limfoması diaqnozu qoyulmuşdu. Qeyd edək ki, Sem Neill uzun illər davam edən karyerası ərzində "Yura Parkı", "Piano", "Qırmızı Oktyabr Ovu" və digər məşhur ekran işlərində rol alıb. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)