Safurə 4-cü dəfə ana olacaq - (Foto)

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyevanın yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Milli.Az axşam.az-a istinadən bildirir ki, dünya ulduzu Riki Martinin konsertinə qatılan müğənni tədbirdən yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Paylaşımda Safurənin hamilə olduğu iddiaları diqqət çəkib. İfaçı bununla bağlı ünvanlanan sualları cavabsız qoyub. Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var və hazırda İstanbulda yaşayır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)