Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 7 vaqon buğda göndəriləcək. Milli.Az xəbər verir ki, bu gün Ermənistana 490 ton buğda tədarük ediləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin