“Azeri Light” 81 dollara satılır

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,22 dollar və ya 6,42% artaraq 86,51 ABŞ dolları təşkil edib. Qeyd edək ki, ötən gün neftimiz 81,29 ABŞ dollarına ticarət edilib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.