Bakıda avtobusun döşəməsi çökdü, sərnişin yıxıldı - FOTO

Bakıda sərnişin avtobusu yolda sıradan çıxıb. Bu barədə hadisə şahidləri Milli.Az-a məlumat veriblər. Qeyd olunur ki, Sumqayıt-Azadlıq metrosu istiqamətində hərəkətdə olan 123 saylı sərnişin avtobusunun Binəqədi istiqamətində hərəkətdə olarkən ayaqlığı qırılıb. Nəticədə sərnişinlər minib-düşməkdə çətinlik çəkiblər, hətta, bir nəfər yıxılmaqdan son anda qurtulub. Milli.Az görüntüləri təqdim edir: İsmayıl Milli.Az