Keçmiş bələdiyyə sədri vəfat etdi
Sabirabad rayonunda müxtəlif vəzifələrdə çalışmış, rayonun ictimai həyatında uzun illər xidmət göstərmiş Mirşamil Mirmurtuza oğlu Qasımov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün, 83 yaşında dünyasını dəyişib. Mirşamil Qasımov uzun illər Sabirabad Rayon İstehlak Cəmiyyətinin (Raypo) sədri, daha sonra isə Sabirabad rayon bələdiyyəsinin sədri vəzifələrində çalışıb. Allah rəhmət eləsin!

Şərh verin