Xədicə Rəhimova vəfat etdi
Azərbaycanlı gənc model Xədicə Rəhimova xərçəng xəstəliyindən dünyasını dəyişib. Milli.Az bakupost.az -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, 20 yaşlı model son altı il ərzində ağır xəstəliklə mübarizə aparıb. Məlumata görə, 2022-ci ildə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə onun ayağı amputasiya olunub. Buna baxmayaraq, Xədicə Rəhimova mübarizəsini davam etdirərək daha sonra model kimi fəaliyyət göstərməyə başlayıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin