“Gecə vaxtı mətbəxə girdim, yanğın başladı” — Video

Əməkdar artist Səlim Abbasovun başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, gecə saatlarında sosial şəbəkə hesabında video paylaşan skripkaçı evində yanğın baş verdiyini bildirib. “Gecə vaxtı mətbəxə girdim, qısa qapanma oldu və yanğın başladı. Sağ olsunlar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vaxtında gəldilər, köməklik göstərdilər. Gecə vaxtı, saat 3-dür özlərini çatdırdılar. Yaxşı ki, yatmamışdım. Yatsaydım, ev alışıb yanacaqdı”, - o qeyd edib.