Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 24 milyard 661,35 milyon ABŞ dolları təşkil edib. Milli.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,07 faiz artıb. Hesabat dövründə ölkənin ixracı 16 milyard 320,24 milyon dollar, idxalı isə 8 milyard 341,11 milyon dollar olub. Beləliklə, ilin ilk yarısında Azərbaycanın xarici ticarət balansında 7 milyard 979,13 milyon dollarlıq müsbət saldo yaranıb. Bu göstərici illik müqayisədə 5,9 dəfə artıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin