Latviya rus dilini qadağan edir - Kremldən reaksiya
Kreml Latviya hakimiyyətinin rus dilinin mətbuatda istifadəsini qadağan etmək planını pisləyir. Milli.Az axar.az -a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Burada yeganə reaksiya qınamaq ola bilər. Bunu qınamamaq mümkün deyil, çünki ölkə sakinlərinin çox sayda hüquqları rədd edilir", - o, bildirib. Qeyd edək ki, Latviyada dövlət mediasında rus dilinin qadağan edilməsi təklif olunur. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin