ABŞ-də Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə hazırlanacaq

ABŞ-də ölkə Prezidenti Donald Trampın təsvirinin yer alacağı 1 dollarlıq qızıl sikkənin dövriyyəyə buraxılması planlaşdırılır. Milli.Az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent sosial şəbəkə hesabında məlumat yayıb. Nazirin sözlərinə görə, ABŞ Zərbxanası ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə yeni sikkənin istehsalına başlayacaq. "Azadlığın əbədi irsini və vətənpərvərliyin daimi simvolunu yad etmək məqsədilə 1 dollar dəyərində yeni qızıl sikkə hazırlanacaq. Sikkənin üzərində Prezident Donald Trampın təsviri olacaq", - deyə Bessent bildirib. O qeyd edib ki, yeni sikkə ABŞ dəyərlərinin gücünü və ölkənin gələcəyə yönəlmiş baxışını simvolizə edəcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)