Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)